Bakıda baş vermiş yanğınla əlaqədar sıxlıq yarandı - FOTO

15 Fevral 2025 16:47

Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Milli.Az