Bakıda beşmərtəbəli binadakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

15 Fevral 2025 15:34

15:34

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

14:40

Bakının Nərimanov rayonunda yerləşən beşmərtəbəli binada yanğın baş verib.

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Milli.Az