İranda etirazçılar Qəzza üçün yardım yığılan məntəqəni yandırdılar

15 Fevral 2025 14:33

İranda etirazçılar Qəzza üçün yardım yığılan məntəqəni yandırıblar.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı kadrlar paylaşıb.

Bildirilir ki, hadisə İsfahan ostanının Aran və Bidgül şəhərlərində qeydə alınıb. Videodan görünür ki, aksiyaçılar Fələstin və Livan üçün yardım məqsədilə qurulan çadırlara od vurublar.

Milli.Az