Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

15 Fevral 2025 12:55

Milli Hidrometerologiya Xidməti fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən Milli.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az