Leyla Mustafayevanın evinə düşən daş meteorit imiş - FOTO

15 Fevral 2025 15:23

Aparıcı Leyla Mustafayevanın evinə meteorit düşdüyü təsdiqlənib.

Milli.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, daşın meteorit olduğu Geologiya və Geofizika İnstitutu tərəfindən rəsmi şəkildə təsdiq olunub.

Çəkisi 2 kiloqram 340 qram olan daş bir həftə əvvəl aparıcının evinin həyətinə düşüb.(Publika.az)

Milli.Az