Əməliyyatla sinəsini böyütdü, keçəl qaldı - FOTO

15 Fevral 2025 10:15

Diş həkimi işləyən çexiyalı qadın gözəllik qurbanı olub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, çexiyalı diş həkimi Barbora Kropackova doğuşdan sonra sinəsini böyütmək üçün əməliyyat etdirdikdən sonra saçlarını, o cümlədən kiprik və qaşlarını itirib.

28 yaşlı qadının sinəsinə yerləşdirilən silikon implantların autoimmun xəstəlik olan alopesiyaya səbəb olduğu bildirilir.

Barbora Kropackova oğlunun dünyaya gəlməsindən sonra xoşbəxt olsa da, "kiçik" sinəsi ilə bağlı nəsə etmək istəyirdi.

Bu səbəbdən 28 yaşlı Praqa sakini sinə böyütmə əməliyyatı etdirib lakin nəticədə özünü əvvəlkindən daha narahat hiss edib. Onun sözlərinə görə sinəsinə silikon implantlar qoyulduqdan qısa müddət sonra saçları dəstə-dəstə tökülməyə başlayıb.

Barbora mətbuata açıqlamasında "Əməliyyatdan cəmi dörd həftə sonra saçlarımı itirdim. Hətta kipriklərim və qaşlarım da töküldü" deyə bildirib.

O, bu çətin anları xatırlayaraq saçsız halını gördükdə güzgü qarşısında göz yaşlarını saxlaya bilmədiyini deyib.

Qeyd edək ki, silikonlarla alopesiya arasında elmi cəhətdən sübut olunmuş bir əlaqə hələ ki yoxdur, lakin bununla bağlı araşdırmalar davam edir.

Leipziqdə fəaliyyət göstərən dermatoloq Dr. Ditrix Bart Alman mediasına açıqlamasında bu prosedurla mümkün əlaqənin ola biləcəyini düşündüyünü bildirib. O qeyd edib: "Autoimmun xəstəliklərin yaranmasına gətirib çıxaran çoxsaylı amillər var - bunu tamamilə istisna etmək olmaz."

İsmayıl
Milli.Az