Tramp yaxın günlərdə onunla görüşəcək

15 Fevral 2025 17:40

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Britaniyanın Baş naziri Kir Starmerlə görüşəcəyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin Oval kabinetində bir neçə yeni fərman imzalayarkən jurnalistlərə bildirib.

"O, görüşmək istədi və mən də razılaşdım. Anladığım qədər, gələn həftə və ya həftəsonu Vaşinqtona gəlməyi planlaşdırır. Biz müzakirələr aparacağıq. Bu, onun təşəbbüsüdür. Biz yaxşı anlaşırıq. O, çox yaxşı biridir", - Tramp vurğulayıb.

Milli.Az