Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

15 Fevral 2025 18:41

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən son tədbirlər nəticəsində vətəndaşlardan 5 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürülüb.

Qeyd edilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az