Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək

15 Fevral 2025 09:14

Türkiyə Böyük Millət Məclisinin (parlamentində) konfrans zalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata əsasən, anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

Milli.Az