Nazirin kortejinə silahlı hücum - 4 polis yaralandı

15 Fevral 2025 09:09

Malinin Nyena şəhəri yaxınlığında ali təhsil naziri Burema Kansayenin olduğu kortejə silahlı hücum olub.

Milli.Az xəbər verir ki, hücum nəticəsində 4 polis yaralanıb.

Nazir hər hansı xəsarət almayıb

Mali hökumətinin iddiasına əsasən hücumu İŞİD-ə bağlı silahlı qruplaşmaların törədib. /APA

Milli.Az