Hakan Fidan və Marko Rubio Cənubi Qafqazı müzakirə etdilər

15 Fevral 2025 08:53

ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər.

Milli.Az xəbər verir ki, Rubio bu barədə "X" hesabında məlumat yayıb.

"Biz qarşılıqlı maraq doğuran çoxsaylı məsələləri, o cümlədən İŞİD-ə qalib gəlmək üçün Qlobal Koalisiya vasitəsilə təhlükəsizlik problemlərini həll etməyi və ABŞ-Türkiyə münasibətlərini gücləndirməyin yollarını müzakirə etdik", - deyə o vurğulayıb.

Milli.Az