Dünyanın ən uzunömürlü ailəsi

15 Fevral 2025 08:58

105 yaşlı Manoel Angelim Dino və braziliyalı 101 yaşlı Maria de Souza Dino cütlüklər arasında ən uzunömürlü evlilik rekordunu qırıblar.

Milli.Az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytı məlumat yayıb. Qeyd olunub ki, onlar 84 il 77 gündür ailəlidirlər.

Manoel və Maria 1940-cı ildə evlənib. Cütlük birlikdə yaşadıqları müddətdə 13 övlad böyüdüblər. Onların 55 nəvəsi, 54 nəticəsi və 12 kötücəsi var. Mariya uzun evliliyin sirrinin sevgi olduğunu bildirib.

Manoel və Mariya bu gün yaşayan ən uzun evli cütlük olsalar da, onlar mütləq rekorda sahib deyillər. Kanadalı David Cekob Hiller və Sarah Davi Hiller 1898-ci ildə Saranın ölümünə qədər 88 il 349 gün evli olublar. (Axşam.az)

Milli.Az