ABŞ-də qeyri-qanuni miqrantlar üçün ironik "Sevgililər Günü" açıqçası hazırlanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin "X" hesabında paylaşım edilib.
"Qızılgüllər qırmızı, bənövşələr mavidir, sərhədi qeyri-qanuni keçsəniz, deportasiya ediləcəksiniz", - sözügedən fotoda qeyd olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmanla ölkədə yaşayan qeyri-qanuni miqrantların kütləvi deportasiyası həyata keçirilir.
Milli.Az