Sevgililər Günündə ərinə kababdan buket hazırlatdı - FOTO

15 Fevral 2025 00:15

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda bir qadın 14 fevral Sevgililər Günündə həyat yoldaşı üçün qeyri-adi hədiyyə hazırlatdırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qadın əri üçün gül əvəzinə kabab buketi düzəltdirib.

Buketi hazırlayan kababçı Hasan Şenses, "Çox dəyər verdiyimiz bir insan həyat yoldaşına belə bir sürpriz etmək istədi. Çiçəkçi qonşumuzla birlikdə kababdan buket hazırladıq", - deyib.

Buketi hədiyyə edən Alev Akgün isə kababın ərinin ən sevdiyi yemək olduğunu bildirib:

"Sevgilimin ən çox sevdiyi yemək olduğu üçün belə bir sürpriz hazırlamaq istədim. Əminəm ki, əksər qadınların ağlına gəlməzdi".

Milli.Az