Nadir oğlunun toy tarixini açıqladı

15 Fevral 2025 07:40

Müğənni Nadir Qafarzadə oğlu Əzizin toy tarixini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O bildirib ki, toy iyun ayında olacaq:

"Günü hələ dəqiqləşdirməmişik, amma iyunda baş tutacaq. Günü elə seçəcəyəm ki, bütün müğənnilər boş olsun. Məclisə 400 nəfər dəvət edəcəyəm".

Qeyd edək ki, Nadir Qafarzadənin Loğman adlı bir oğlu da var. (Axşam.az)

Milli.Az