Amerikalılar Qəzzada fələstinliləri yoxlayırlar

14 Fevral 2025 20:38

ABŞ-nin mühafizə şirkətləri Qəzza zolağında nəzarət-buraxılış məntəqələrinə yerləşiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The National" nəşri mənbələrə istinadla məlumat verir.

Bildirilir ki, sözügedən şirkətlərin əməkdaşları Qəzzanın mərkəzi hissəsində Netsarim dəhlizini keçən fələstinliləri yoxlayırlar. Bir neçə özəl şirkət ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs çərçivəsində fələstinlilərin HƏMAS hərəkatı ilə əlaqələrinin olub-olmadığını yoxlayır.

Nəşr qeyd edir ki, nəzarət-buraxılış məntəqələrində yerləşən təhlükəsizlik şirkətlərində amerikalı və ərəb əməkdaşlar işləyirlər. Ərəb əməkdaşlar yerli sakinlərlə qarşılıqlı əlaqə qururlar, amerikalılar isə yoxlanış prosedurunu koordinasiya edirlər. Onlar Qəzzanın şimal hissəsinə hansı sakinlərin qayıda biləcəklərinə dair qərar verirlər.

HƏMAS-ın Livandakı nümayəndəsi Mahmud Taha nəşrin məlumatını təsdiqləyib.

Milli.Az