Misli Premyer Liqasında XXIII turun təyinatları müəyyənləşib.
Milli.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" görüşünü Rəvan Həmzəzadə idarə edəcək.
Görüşün VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi Elşad Abdullayev, hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, görüş fevral ayının 16-da saat 19:00-da "Neftçi Arena"da keçiriləcək.
Misli Premyer Liqası
16 fevral
XXIII tur
Saat 19:00, "Neftçi" - "Qarabağ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Neftçi Arena".
Milli.Az