"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ukrayna ərazisində diversiya fəaliyyəti ilə məşğul olub".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, burada söhbət ABŞ-nin ölkələrə milli sanitar-epidemioloji nəzarət sistemlərinin inkişafına və bioloji terrorizm təhlükələrinə qarşı mübarizəyə yardım adı altında həyata keçirdiyi hərbi-bioloji fəaliyyətindən gedir.
Zaxarova qeyd edib ki, USAID-in ABŞ-nin hərbi-bioloji fəaliyyətində iştirakını göstərən sənədlər və hesabatlar mövcuddur.
Milli.Az