Türkiyəli sosial media fenomeni Merve Taşkının 14 fevralla bağlı paylaşımı müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, Merve Taşkın 14 fevralda tək olanlarla 400 min TL ( təxminən 18 min manat ) qarşılığında axşam yeməyinə çıxacağını elan edib.
"X" sosial şəbəkəsində elan verən Taşkın barəsində CİMER-ə şikayətlər göndərilib.
Merve Taşkın bildirib ki, yemək yeyəcəyi şəxsin qız və ya oğlan olmasının fərqi yoxdur.
CİMER "Cumhurbaşkanlığı İletişim Merkezi" ifadəsinin qısaldılmışıdır. Konstitusiya tərəfindən təmin edilən şikayət və məlumat əldə etmə hüquqlarının istifadəsini asanlaşdırmaq məqsədilə yaradılmış dünyanın ən böyük ictimai əlaqə platformasıdır.
Qeyd edək ki, Merve Taşkın bir müddət əvvəl məhkəməyə verilsə də, sonradan bəraət alıb.
İsmayıl
Milli.Az