"Apple"dan iPhone istifadəçilərinə kritik xəbərdarlıq

14 Fevral 2025 14:38

Apple, iOS 18.3.1 versiyasını yayımlayaraq ciddi bir təhlükəsizlik boşluğunu aradan qaldırıb. Şirkət bu yeniləmənin real hücumlarda aktiv şəkildə istifadə edilən bir təhlükəsizlik zəifliyini aradan qaldırmaq üçün kritik əhəmiyyət daşıdığını bildirib. Buna görə də, istifadəçilərə cihazlarını ən qısa zamanda yeniləmək tövsiyə olunur.

Milli.Az xəbər verir ki, Forbes-in hesabatına görə, Apple-ın son yeniləməsi xüsusilə "Erişilebilirlik" funksiyasını hədəf alan bir qüsuru aradan qaldırır. Bu zəiflikdən istifadə edən kiberhücumçular, kilidi açıq olan bir iPhone-da USB Məhdudlaşdırma Rejimini uzaqdan deaktiv edə bilirlər.

Bu təhlükəsizlik problemi Toronto Universitetinin Munk Məktəbində fəaliyyət göstərən The Citizen Lab-ın mütəxəssisi Bill Marczak tərəfindən aşkar edilib. Alimlər bu açığın böyük təhlükə yaratdığını və istifadəçi məlumatlarının təhlükəsizliyini ciddi risk altına atdığını bildiriblər.

Apple-ın təhlükəsizlik hesabatına görə, bu cür kiberhücumlar əsasən jurnalistlər, müxaliflər, iş adamları və siyasətçilər kimi hədəf seçilmiş şəxslərə yönəlib.

Hərçənd ki, bu boşluqdan faydalanmaq üçün fiziki giriş tələb olunur, Apple bütün istifadəçilərin bu təhlükəni ciddi qəbul etməli olduğunu vurğulayıb.

Bundan əlavə, iOS 18.3.1 yeniləməsi bəzi istifadəçilər üçün gözlənilməz bir Apple Intelligence xətası ilə gəlib. Yeniləmədən sonra bəzi cihazlarda Apple Intelligence avtomatik aktivləşib, bu da əvvəlcədən bu funksiyanı deaktiv etmiş istifadəçilərdə narahatlıq yaradıb.

Apple məxfilik məsələsinə önəm verdiyini vurğulasa da, istifadəçilərə yeniləmədən sonra ayarlarını yoxlamaları tövsiyə olunur:

-Ayarlar menyusuna daxil olun

-Apple Intelligence və Siri bölməsinə keçin

-Apple Intelligence funksiyasını deaktiv edin

Apple, bu təhlükəsizlik boşluğunun artıq siberhücumçular tərəfindən aktiv istifadə edildiyini təsdiqləyib.

Telefonunuzu qorumaq üçün aşağıdakı addımları izləyərək iOS 18.3.1 yeniləməsini quraşdıra bilərsiniz:

-Ayarlar menyusuna keçin

-Ümumi seçimini açın

-Yazılım yeniləmə bölməsinə daxil olun

-iOS 18.3.1-i yükləyin və quraşdırın(BAKU.WS)

Milli.Az