Harri Keyn heç kimin bacarmadığını etdi

13 Fevral 2025 22:49

"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında (ÇL) maraqlı rekorda imza atıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ingilis futbolçu Münhen klubunun heyətində turnirdəki ilk 20 oyunda 20 qolun vurulmasında (15 qol və 5 məhsuldar ötürmə) iştirak edib. İndiyədək heç bir futbolçu buna nail ola bilməyib.

Qeyd edək ki, Keyn ötən gün ÇL-in pley-off mərhələsinin "Seltik"lə ilk matçında da (2:1) qol vurmağı bacarıb.

Milli.Az