"Gəlinimin ədəbsiz şəkillərini gördüm, öldürdüm" - FOTO

13 Fevral 2025 17:07

Ankarada gəlinini öldürən kişiyə 25 il 3 ay həbs cəzası verilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaranın Altındağ qəsəbəsində gəlinini odlu silahla qətlə yetirən Satılmış Demir həbs edilib.

Satılmış Demir "qəsdən adamöldürmə" və "qanunsuz silah saxlama" maddələri ilə ittiham olunub.

Məhkəmədə ifadə verən Demir cinayəti etiraf edərək "Gəlinimə aid ədəbsiz şeylər gördüm, öldürdüm" deyib. Hadisə zamanı hərbi xidmətdə olan mərhumun oğlu isə "Əsgərlikdə olmasaydım, babamın yerində mən olardım" ifadəsini işlədib.

Milli.Az fotoları təqdim edir:

İsmayıl
Milli.Az