Baba yurdunu ziyarətə gedən 4-cü kurs tələbəsi qayadan yıxıldı - FOTO

13 Fevral 2025 16:07

Kəlbəcər rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirən 4-cü kurs tələbəsi Elvin Salmanovun ölümünün təfərrüatı məlum olub.  

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, ailəsi ilə birlikdə Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşan E. Salmanov əslən Kəlbəcər rayonunun Keşdək kəndindəndir. Kəlbəcərə getməsinin səbəbi də ata-baba yurdunu ziyarət etməsi olub.

O, kəndi ziyarət etdikdən sonra rayon mərkəzinə gedib. Hadisə də məhz orada baş verib. E.Salmanov hündür qayalıqdan yıxılaraq həyatını itirib.

Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi olan mərhum ailənin son beşiyidir. Onun bir bacısı və bir qardaşı var.

Milli.Az