Bakı məktəbində bir qrup məktəbli şagirdi vəhşicəsinə döydü - ANBAAN VİDEO

13 Fevral 2025 17:10

Bakıda orta məktəblərdən birinin ərazisində şagird bullinqə məruz qalıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ərazisində baş verib.

Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Milli.Az