Dünya ulduzları Türkiyəyə gəlir - FOTO

13 Fevral 2025 16:20

Məşhur rejissor Kristofer Nolanın yeni filmi "The Odyssey"in bəzi səhnələri Türkiyənin Ordu bölgəsində- Ceyson burnunda çəkiləcək.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, dünya şöhrətli aktyor heyətinə Matt Damon, Charlize Theron, Tom Holland, Zendaya, Anne Hathaway və Robert Pattinson kimi məşhur simalar daxildir.

"The Odyssey" filmi Troya müharibəsindən sonra Odisseyin təhlükəli səyahətini və arvadı Penelopa ilə qovuşmasını əks etdirir. Film 2026-cı ildə kinoteatrlarda nümayiş olunacaq.

Türkiyə filmi çəkiliş meydançasına çevrilərək beynəlxalq kino sənayesində diqqət mərkəzinə düşməyə davam edir.

Milli.Az