İtaliya klubları "Qalatasaray"ın ulduzunu izləyəcəklər

13 Fevral 2025 16:26

İtaliyanın "Latsio" və "Napoli" klublarının nümayəndələri "Qalatasaray"ın ulduzu Barış Alper Yılmazın bu gecə UEFA Avropa Liqasının pley-off mərhələsinin "AZ Alkmaar"la oyununu izləmək üçün azarkeşlər arasında olacaqlar.

Milli.Az "SporX"ə istinadən xəbər verir ki, 2027-ci ilədək "Qalatasaray"la müqaviləsi olan Barış Alper Yılmazın transfer dəyəri isə 30 milyon avro dəyərində qeyd edilib.

"Qalatasaray" forması ilə bu mövsüm 32 oyunda meydana çıxan cinah hücumçusu 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, İtaliya klublarından əlavə İngiltərə nəhənglərindən "Everton", "Aston Villa", Nyukasl Yunayted" və "Vest Hem" də Barış Alperi transfer etmək istəyir./oxu.az

Milli.Az