Ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Brügge" - "Atalanta" matçını idarə edən türkiyəli referi Halil Umut Meler İtaliya mediasının qəzəbinə tuş gəlib.
Milli.Az xəbər verir ki, təcrübəli baş hakim oyunun son dəqiqlərində verdiyi penalti qərarı ilə "Atalanta" klubunun məğlubiyyətinə səbəb olub.
İtaliya mediasında Halil Umut Melerin qərarı rüsvayçılıq adlandırılıb.
Qeyd edək ki, görüş "Brügge" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb./oxu.az
Milli.Az