Fahree xəsarət aldı

13 Fevral 2025 15:05

Ötən il ölkəmizi "Avroviziya" beynəlxalq yarışmada təmsil edən Fəxri İsmayılovun (Fahree) başına iş gəlib.

Milli.Az bildirir ki, sağ əli sarğıda "Xəzər axşamı" verilişinə qonaq gələn sənətçi futbol oynayarkən xəsarət aldığını bildirib.

"Futbol oynayırdım. Topu istədim üzərimdən atım və qol vurum. Əlimin üzərinə yıxıldım. Olan işdir. Ssdəcə əlim burxulub. Tərpətmək olmaz. Bir müddət əlim sarğıda qalmalıdır. Ciddi bir şey yoxdur", - deyə Fəxri vurğulayıb. /olay.az

Milli.Az