Kraliçanı daşıyan təyyarə təcili eniş etdi - FOTO

13 Fevral 2025 14:53

Belçika kraliçası Mathildeni daşıyan KLM təyyarəsi Kosta-Rikada təcili eniş edib.

Milli.Az xəbər verir ki, bu barədə "Aviation A2Z" portalı məlumat yayıb.

Bildirilib ki, hadisə 9 fevral bazar günü, Kraliçanın UNICEF missiyası ilə Amsterdamdan San Xoseyə təşkil etdiyi səfər zamanı baş verib.

Enişdən sonra eyni reysdə olan kral müxbiri Vim Dehandschutter təyyarənin ön şüşəsində çat aşkarlayıb. Jurnalistin sözlərinə görə, bu barədə nə uçuş zamanı, nə də enəndən sonra sərnişinlərə məlumat verilməyib.

Daşıyıcının nümayəndələri insidenti təsdiqləyən rəsmi məlumat yayıb və uçuş boyu sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edildiyini vurğulayıblar. Nəşrin məlumatına görə, "Boeing 787-9" Kosta Rikada qalır, lazımi təmir işlərini gözləyir. / baku.ws

Milli.Az