Xalq artisti: "Kənddən güclə Bakıya qaçıb gəlmişəm, qayıtmaram"

13 Fevral 2025 14:40

Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə gündəmə gəlib.

Milli.Az  xəbər verir ki, müğənni "El canlı" verilişində "Nə zamansa hər şeyi atıb kəndinə qayıtmağı düşünürsünüz" sualına belə cavab verib:

"Güclə Bakıya gəlib çıxmışam. Tütünün, baramanın içindən qaçıb gəlmişəm. Kəndimin camaatı, bağışlayın. Gələ bilmərəm. Amma kəndimiz və o günlər üçün darıxıram. İnsan uşaqlığını çox axtarır. Olmasın, kolxoz dövrü idi, getdi. O vaxt tütün yığmağa gedəndə hamı tütün yığırdı, mən isə əlimi qulağıma qoyub mahnı oxuyurdum". /Axşam.az

Milli.Az