"Mən hakimiyyəti ancaq xalqa qaytara bilərəm. Bu, həmişə mənim prinsipim olub".
Milli.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan müxalifətin "istefa!" tələbinə münasibət bildirərkən deyib.
Paşinyan bildirib ki, o, heç vaxt imkan verməyəcək hansısa müxalifət qrup hakimiyyəti xalqın əlindən alsın.
"Mən xalqın hakimiyyətini sizdən müdafiə edirəm və onu sona qədər qoruyacağam", - deyən Paşinyan müxalifətə, keçmiş hakimiyyətə müraciət edərək təkrarlayıb:
"Əgər sabah sxalq hakimiyyəti ələ almaq istəsə, o bunu edəcək". /Modern.az
Milli.Az