Övladının atası olmamasına buna görə sevinirmiş - Təsirli fakt üzə çıxdı - VİDEO

13 Fevral 2025 14:14

Lalə Azərtaşın aparıcılıq etdiyi "Təsir dairəsi"ndəki görüntülər müzakirələrə səbəb olmuşdu. Çoxları İslam adlı şəxsi efirdə etdiyi qəribə hərəkətlərə görə qınamışdı.

Milli.Az xəbər verir ki, İslam adlı şəxsin yoldaşının başqasından hamilə qalmasına görə sevinməsi birmənalı qarşılanmamışdı.

Araşdırmalar nəticəsində məlum olub ki, İslam təmizlik işləri ilə məşğul olurmuş.

"400 manat maaş alıram, onun 200 manatı alimentə gedir, 150 manatı ev kirayəsinə, 50 manat özümə qalır", - İslam bildirib.

Qeyd edək ki, veriliş hesabına aparılan DNT analizi ilə İslamın aliment ödədiyi uşağın onun olmadığı üzə çıxıb, bununla bağlı məhkəməyə müraciət edilib.

İsmayıl
Milli.Az