Belarusa hücum oldu - VİDEO

13 Fevral 2025 12:04

Belarusun cənub-şərqində yerləşən Qomel şəhərinə dron hücumu olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sakinlər hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirdiyini bildiriblər.

Yerli sakinlər həmin görüntüləri qeydə də alıblar.

Hələlik PUA-ların hansı dövlətə məxsus olması və onların hücumu nəticəsində hər hansı ziyanın olub-olmadığı barədə rəsmi məlumat verilməyib.

Milli.Az