Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində səkkiz görüş keçiriləcək.
Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək görüşlərdə "Çelye" klubu APOEL-i, "Molde" klubu "Şamrok Rovers"i, TSC klubu "Yagelloniya"nı, "Reykyavik" isə "Panatinaikos"u qəbul edəcək.
Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə "Borats Banya Luka" klubu "Olimpiya Lyublyana" ilə, "Kopenhagen" klubu "Haydenhaym"la, "Gent" klubu "Real Betis"lə, "Omoniya" isə "Pafos"la qarşılaşacaq.
Qeyd edək ki, cavab görüşləri fevral ayının 20-də və 21-də keçiriləcək.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
13 fevral
Saat 21:45, "Çelye" - APOEL;
Saat 21:45, "Molde" - "Şamrok Rovers";
Saat 21:45, TSC - "Yagelloniya";
Saat 21:45, "Reykyavik" - "Panatinaikos".
14 fevral
Saat 00:00, "Borats Banya Luka" - "Olimpiya Lyublyana";
Saat 00:00, "Kopenhagen" - "Haydenhaym";
Saat 00:00, "Gent" - "Real Betis";
Saat 00:00, "Omoniya" - "Pafos".
Milli.Az