Qaşınmanın səbəbi bu imiş - Alimlər araşdırıb tapdı

13 Fevral 2025 11:44

Qaşıntı insanı anidən narahat edən və refleks şəkilində reaksiya verməsinə səbəb ola hissdir. Bir anlıq rahatlama hissi versə də, bəzən bu vəziyyət dərimizin təhrik olunmasına səbəb olur. Ancaq alimlərin son araşdırmaları göstərir ki, qaşınmaq sadəcə narahatlıq deyil, vücudun mühüm mexanizminin hissəsi ola bilər.

Milli.Az xəbər verir ki, Pittsburg Universitetində aparılan araşdırmalara görə qaşınmaq sadəcə cildi mexaniki olaraq rahatladan hərəkət deyil. Bu proses zamanı cilddə yüngül ağrı hissi yaranır və beyin qaşıntı hissini azaltmaq üçün seroton hormonu ifraz edir. Bunun nəticəsində bədəndə qısa müdətli rahatlama yaranır, ancaq proses bununla bitmir.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə qaşıma hərəkətinin immun sisteminə təsir etdiyini müşahidə ediblər. Qaşınmalarına icazə verilən siçanların cildində daha çox ağ qan hüceyrəsi toplanmış və iltihablanma artmış. Ancaq maraqlı fakt budur ki, qaşınan siçanlarda Staphylococcus aureus bakteriyasının sayı azalmışdır. Bu bakteriya infeksiyalara səbəb ola bilən təhlükəli mikroorqanizmdir.

Araşdırmalar göstərir ki, qaşınma hərəkəti zamanı cilddə P maddəsi (Substance P) ifraz olunur və mast hüceyrələri aktivləşir. Mast hüceyrələri histamin ifraz edərək iltihab prosesini gücəndirməklə yanaşı, orqanizmin patogenlərə qarşı müdafiəsini aktivləşdirir. Bu fakt, qaşınmanın sadəcə refleks deyil, bədənin xarici amillərə qarşı reaksiya mexanizmi olduğunu göstərir.

Ancaq alimlər qaşınma refleksinin həddən artıq olmasının cildin qoruyucu baryerini zədələyə biləcəyini vurğulayırlar. Xroniki qaşıntı ekzemadan sədəf xəstəliyinə qədər bir çox dəri problemlərini tətikləyə bilər. Buna görə, qaşınmaq bəzən faydalı olsa da, çoxaldıqca cildin müqavimətini azalda bilər.

Qaşınmanın bədən üçün tamamilə faydalı, yoxsa zərərli olduğunu dəqiq müəyyən etmək hələ mümkün deyil. Qısa müdətdə bədənin müdafiə sistemini aktivləşdirsə də, uzun müdətdə zərərləri qaçınılmaz ola bilər. Bununla yanaşı, alimlər bu araşdırmanın allergik və iltihabi dəri xəstəlikləri üçün yeni müalicə metodlarının inkişafına kömək edə biləcəyini bildirirlər.

Beləliklə, qaşınmaq sadəcə gündəlik və adəti refleks deyil, bədənimizin mürəkkəb mexanizmlərindən biri ola bilər. Növbəti dəfə qaşıntı hiss edərkən, bunun sadəcə narahatlıq deyil, eyni zamanda bədənimizin görüdüyü funksiya olduğunu unutmayaq.

İsmayıl
Milli.Az