Tayvanın mərkəzi Taichung şəhərində univermaqda güclü partlayış baş verib.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.İdarədən verilən məlumata görə, partlayış tikinti aparılan binanın 12-ci mərtəbəsində baş verib.
O, əlavə edib ki, 12-ci mərtəbədəki yemək meydançası tikinti işləri ilə əlaqədar həmin vaxt bağlanıb.
Sosial mediada yerləşdirilən və AFP tərəfindən təsdiqlənən videoda partlayış anı anbaan əks olunub.
Xilasetmə işləri davam edir.
Fidan
Milli.Az