Bakıda 10 yaşlı oğlan itkin düşdü

13 Fevral 2025 09:32

Bakıda 10 yaşlı oğlan itkin düşüb.

Milli.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib.

Belə ki, 2015-ci il təvəllüdlü Sadiq Məcidov 10 fevral tarixində evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırılma aparılır.

Milli.Az