Erməni generalın meyiti tapıldı

13 Fevral 2025 09:14

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin general-mayoru Tiqran Barseqyan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joxovurd" nəşri məlumat yayıb.

Məlumata görə, Barseqyanın meyiti ölümündən üç gün sonra evində aşkar edilib.

Qeyd edək ki, Barseqyan bundan əvvəl MTN konstitusiya quruluşunun, ictimai asayişin qorunması və terrorizmlə mübarizə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Milli.Az