"Bavariya" qalib gəldi, “Milan” uduzdu

13 Fevral 2025 08:31

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

Milli.Az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.

"Atalanta" "Brügge"nin qonağı olub və rəqibinə uduzub - 1:2. "Monako" evdə "Benfika" ilə qarşılaşıb. Bu dəfə 1:0 hesablı qələbəni meydan sahibləri qazanıb.

"Bavariya" səfərdə "Seltik"lqalib gəlib - 2:1. "Feyenoord" isə evdə "Milan"ı 1:0 hesabı ilə məğlub edib.

Bu komandalar arasında cavab matçları fevralın 18-də keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk 4 oyunu ötən gecə olub.

Əlavə edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 

12 fevral

21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya) - 2:1

Qollar: Yutqla, 15. Nilsson, 90+4-pen - Paşaliç, 41.

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Pavlidis, 48.

00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Maeda, 79 - Olise, 45. H.Keyn, 49.

00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya) - 1:0

Qol: Payşao, 3.

11 fevral

"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 2:3

"Yuventus" (İtaliya) - PSV (Niderland) - 2:1

"Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 0:3

"Brest" (Fransa) - PSJ (Fransa) - 0:3

Milli.Az