Putinlə Tramp bu ölkədə görüşəcək

13 Fevral 2025 08:27

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşməyi planlaşdırdığını bildirib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Biz Səudiyyə Ərəbistanında görüşəcəyik", - o deyib.

Qeyd edək ki, daha əvvəl "Reuters" görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl-Səudun iştirak etdiyini bildirmişdi.

Xatırladaq ki, Trampla Putin üç ildən sonra  telefonla danışıblar.

Milli.Az