Tibb bacısı qətlə yetirildi - Əri tutuldu - YENİLƏNİB

13 Fevral 2025 13:48

Sumqayıtda qətl törədilib.

"Qafqazinfo" xəbər verir ki, şəhərin Yaşıl Dərə yaşayış massivində 1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızı boğularaq öldürülüb.

O, Sumqayıtdakı xəstəxanaların birində tibb bacısı işləyirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən C.Quliyevanın əri saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

--------

07:58

Sumqayıtda ər arvadını boğaraq öldürməkdə şübhəli bilinir.

Milli.Az xəbər verir ki, hadisə şəhərin Yaşıl dərə yaşayış massivində qeydə alınıb.

1984-cü il təvəllüdlü Quliyeva Cəmalə İmran qızının həyat yoldaşı tərəfindən boğularaq öldürüldüyü bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb. /APA

Milli.Az