"Liverpul" tarixində ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.
Sözügedən görüşdə "qırmızılar"ın start heyətində 9 ölkədən futbolçular yer alıb.
Niderland: Van Deyk, Qakpo, Qravenberx
Fransa: Konate
Macarıstan: Soboslai
Şotlandiya: Robertson
Şimali İrlandiya: Bredli
Misir: Salah
Braziliya: Alisson
Argentina: Makallister
Kolumbiya: Dias
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib.
Milli.Az