Yerli banan neçəyə satılacaq? - VİDEO

13 Fevral 2025 00:25

Azərbaycanda ilk dəfə olaraq yerli bananlar satışa çıxarılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bananlar istixana kompleksində kimyəvi qatqısız və əlavə preparatlardan istifadə edilmədən yetişdirilib. Hazırda yerli bananın yetişdirildiyi 10 hektar ərazidə 500 tondan artıq məhsul var.

Yerli bananlar ölkənin iqlim şəraitinə uyğunlaşdırılıb.

Yerli bananın istehsalında yüksək keyfiyyətə və məhsuldarlığa nail olunması üçün Türkiyədən aqronomlar da dəvət edilib. Hazır olan bananlar yığıldıqdan sonra  meyvənin yetişdiyi ağac kəsilir. Daha sonra yanında olan ağac  6 ay sonra  bar verir  və bu  proses davamlı olaraq 5 il bu formada davam edir. Kəsilən ağacların yarpaqları isə atılmır, onlar torpağa qarışaraq gübrəyə çevrilir.

Sahibkar Elnur Abdullayev bildirir ki,  istehsalda əsas məqsəd Azərbaycanın banan idxalından asılılığını minimuma endirməkdir.

Yerli bananlar bir neçə gündən sonra marketlərdə satışa çıxarılacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az