Hazırda paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb.
Bu barədə Milli.Az-a Bakı Şəhər DYP İdarəsindən bildirilib.
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Milli.Az