Yeni layihə - 20 yanvar dairəsində tıxac probleminə çarə - VİDEO

12 Fevral 2025 22:52

20 yanvar dairəsində tıxaclar tarixə qovuşa bilər. Belə ki, dövlət proqramına əsasən, 2025-2026-cı illərdə 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, yeni bağlantıların yaradılması planlaşdırılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, dairədə sıxlığa əsas səbəb olan Ziya Bünyadov prospektindən  gələn nəqliyyat axınının həlli gözlənilir.

Ekspert Ərşad Hüseynov təklif edir ki, ümumilikdə paytaxtda, 20 yanvar dairəsində sıxlığın azaldılması üçün Ziya Bünyadov prospekti boyu bir neçə zəruri həllər həyata keçirilməlidir. İlk növbədə Ziya Bünyadovun azadlıq prospekti ilə kəsişmədəki butulka effekti aradan qaldırılmalıdır

Paralel olaraq Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi və istismara verilməsi də həyata keçiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az