Məşhur cütlük ayrılıb?

13 Fevral 2025 00:43

2016-cı ildə ailə quran və Alin və Lina adlı əkiz qızları olan Pelin Akil və Anıl Altan cütlüyü haqqında boşanma iddiaları yenidən gündəmə gəlib. Uzun müddətdir aralarında problemlər olduğu və ayrı yaşadıqları iddia edilir.

Milli.Az xəbər verir ki, "Arka Sıradakiler" serialının çəkiliş meydançasında tanış olan və dostluqları zamanla sevgiyə çevrilən Pelin Akil və Anıl Altan 2016-cı ildə evlənib. Üç il sonra isə cütlüyün əkiz qızları Alin və Lina dünyaya gəlib.

Cütlük daha əvvəl ayrılıq dedi-qodularını təkzib etsə də, bu dəfə Pelin Akilin sosial mediada etdiyi paylaşım sualları artırıb. O, avtomobildə Ayşenin "Neredesin" və Meltem Cumbulun "Seninleyim" mahnılarını oxuyaraq paylaşım edib.

İzləyicilər bu paylaşımı hisslərini ifadə etmək və boşanma xəbərlərinə dolayı cavab vermək kimi yozublar. Lakin məşhur cütlük bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Fidan
Milli.Az