Gün var, əsrə bərabər: Ötənləri yada salaq
12 İyul 2012 08:57
Miladi: 12 iyul 2012
Hicri: 22 şaban 1433
İlin 194-cü günü
İlin sonuna 171 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.44
Günəş - 06.20
Zöhr - 13.46
Əsr - 18.28
Məğrib - 21.28
İşa - 23.12
E.ə 100-cü ildə Roma hökmdarı Yuli Sezar dünyaya gəlib
1724 - Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmişdi. İstanbul müqaviləsi ilə Osmanlı dövləti də bu bölgünü qəbul edib. Müqaviləyə görə, Rusiya Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb, Şirvan Osmanlının himayəsində müstəqil xanlıq statusu alıb.
1812-ci ildə azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadə anadan olub.
1828-ci ildə rus mütəfəkkiri Nikolay Çernışevski dünyaya gəlib.
1904-cü ildə çilili şair Pablo Neruda dünyaya gəlib.
1933-cü ildə ABŞ Konqresi minimum əmək haqqını saat başına 33 sent olaraq müəyyənləşdirdi.
1938-ci ildə telejurnalist Mais Məmmədov anadan olub.
1953 - Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardakı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi. Bağırov 1956-cı ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edilib, həmin ilin mayında güllələnib.
1958-ci ildə Kiprdə gərginlik çoxaldı, 5 türk pusquya düşürülərək qətlə yetirildi.
1975-ci ildə Atatürkün həyat yoldaşı Lətifə Uşaklıgil vəfat edib.
1978-ci ildə amerikalı aktrisa Mişel Rodriges anadan olub.
1993-cü ildə Yaponiyanın Tokio adası yaxınlığında baş vermiş 10.5 ballıq zəlzələdə 3 000 nəfər öldü.
1993 - Azərbaycan rəhbərliyinin tələbi ilə regiona gələn ATƏM-in Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub. Sonra Xankəndi və Yerevana gedən ATƏM rəsmisi ermənilərin girovluqdan azad etdikləri azərbaycanlılarla Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də Ağdam işğal olundu.
Milli.Az