Murat Boz onlar sevgilimdir deyib, təbrik etdi

12 Fevral 2025 18:54

Murat Boz Sevgililər Gününü bütün sevənlərə təbrik edərək, bu xüsusi günü həm romantik münasibətlərdə, həm də ailə bağlarında qeyd etməyin vacibliyini vurğulayıb.

Milli.Az Türk mətbuatına açıqlama verən sənətçi ilə bağlı intervyunu təqdim edir:

"Hər kəsin Sevgililər Gününü təbrik edirəm. Bu gün yalnız sevgililər arasında deyil, həm də ailələrimiz arasında da paylaşılmalıdır. Analarımız, atalarımız da bizim sevgilimizdir. Onlar da bu günün təbrikini haqq edirlər", - deyə bildirib.

Murat Boz insanların yalnız romantik münasibətlərə deyil, eyni zamanda ailə üzvlərinə olan sevgilərini də bu xüsusi gündə ifadə etmələri gərəkdiyini qeyd edib. O, bu şəkildə sevginin daha geniş və əhatəli bir anlayış olduğunu vurğulayıb və Sevgililər Gününün yalnız sevgililər üçün deyil, ümumilikdə insan münasibətləri üçün əhəmiyyətli olduğunu ifadə edib.

Asya
Milli.Az