Sabah bu rayonda 5 minə yaxın abonentin qazı kəsiləcək

12 Fevral 2025 16:55

Sabah İmişli rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (qeyri-əhali abonenti-16 ədəd, ümumi 4 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qza təchizatında yaranacaq məhdudiyyət "İmişli 1" ölçü qovşağından qidalanan diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmənin quraşdırılması məqsədilə əlaqədardır.

Milli.Az