Maskın 4 yaşlı oğlu Ağ Evdə - FOTO

12 Fevral 2025 16:22

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin etdiyi milyarder iş adamı İlon Mask ilə görüş keçirib. Lakin tədbirin əsas ulduzu Maskın 4 yaşlı oğlu olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, mətbuat konfransı zamanı İlon Mask jurnalistlərin suallarını cavablandırarkən, oğlu onun çiynində oturaraq diqqətləri üzərinə çəkib. O, tez-tez atasının sözünü kəsib, pozalar verib və hətta atasını təqlid edərək demokratiya haqqında danışmağa başlayıb.

Maskın pərəstişkarları onun və müğənni Grimesin oğlu Ovalın ofisdəki bu davranışını çox bəyəniblər.

Mask isə bu anlara gülümsəyərək reaksiya verib və mətbuat konfransına davam edib.

Fidan
Milli.Az